“Neftçi” Sumqayıtda xal itirdi

5 noyabr 2022, 22:05

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 13-cü turda “Sumqayıt”la heç-heçə edib – 2:2. “Kapital Bank Arena”da keçirilən matçda komandamızın qollarını Qodsvey Donyo (47-ci dəqiqə) və Ataa Caber (87-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Riçard Qadze (42-ci dəqiqə) və Murad Xaçayev (61-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 13 oyundan 26 xalla turnir cədvəlində 3-cü yeri tutur.