“Sumqayıt”la oyunu Cavid Cəlilov idarə edəcək

5 noyabr 2022, 11:40

Premyer Liqada 13-cü turun bütün təyinatları açıqlanıb. “Sumqayıt” – “Neftçi” oyununun baş hakimi Cavid Cəlilov olacaq. Ona Rahil Ramazanov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Aslan Şahgəldiyev, VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 5-i saat 19:00-da “Kapital Bank Arena”da keçiriləcək.