“Neftçi-2”dən növbəti qələbə

1 noyabr 2022, 17:19

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 10-cu turda “Sumqayıt-2”yə 2:1 hesabı ilə qalib gəlib. Binə qəsəbə stadionunda baş tutan matçda komandamızın qollarını İbrahim Novruzov (2-ci dəqiqə) və Vüsal Əsgərov (60-cı dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 9 oyundan 22 xalla 2-ci yeri tutur.