“Neftçi” Zirədə böyükhesablı qələbə qazandı

29 oktyabr 2022, 19:52

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 12-ci turda “Zirə”yə böyük hesabla qalib gəlib – 3:0. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qolları Yeqor Boqomolski (6-cı dəqiqə), Qodsvey Donyo (76-cı dəqiqə) və Emin Mahmudov (83-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 12 oyundan 25 xalla turnir cədvəlində 3-cü yeri tutur.