“Zirə” ilə matçı Əliyar Ağayev idarə edəcək

29 oktyabr 2022, 13:00

Premyer Liqada 12-ci turun bütün təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Elçin Məmmədov, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Vüsal Məmmədov olacaq.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu oktyabrın 29-u saat 17:30-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.