Yusuf Lavalın sağlamlıq durumuna aydınlıq gəldi

24 oktyabr 2022, 12:40

Premyer Liqanın 11-ci turu çərçivəsində oktyabrın 23-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sabah” matçının ilk hissəsində zədələnmiş futbolçu Yusuf Laval sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.