“Sabah”la oyunu Kamal Umudlu idarə edəcək

23 oktyabr 2022, 12:48

Premyer Liqada 11-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Erkin Hüseynov, VAR hakimi Nicat İsmayıllı, VAR hakiminin köməkçisi Eyyub İbrahimov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 23-ü saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.