“Neftçi” “Mingəçevir” – “Zirə” cütünün qalibi ilə qarşılaşacaq

19 oktyabr 2022, 15:43

Bu gün Azərbaycan Kubokunda 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, yarışa 1/4 finaldan başlayacaq “Neftçi”nin rəqibi “Mingəçevir” – “Zirə” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki ilk oyununu dekabrın 8-də və ya 9-da səfərdə, cavab matçını isə ayın 19-da və ya 20-də evdə keçirəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları gələn il aprelin 19-da və 29-da, final matçı isə iyunun 3-də baş tutacaq.