7 futbolçumuz Avropa çempionatının seçmə mərhələsində

17 oktyabr 2022, 13:00

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 20-dən 28-dək Latviyada keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunları üçün hazırlığa başlayıb. Oktyabrın 19-dək Bakıda davam edəcək təlim-məşq toplanışında “Neftçi” PFK-nın 7 üzvü – Aydan Həsənova, Aysu Murtuzayeva, Xanım Mirzəzadə, Lalə Abbaszadə, Məsumə Nəzərli, Röya Əliyeva və Fatimə Əhmədova iştirak edir.