“Neftçi” Gəncədə qələbə qazandı

16 oktyabr 2022, 17:54

“Neftçi” Premyer Liqanın ikinci dövrəsində ilk oyununu keçirib. Komandamız 10-cu turda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. Gəncə şəhər stadionunda baş tutan matçda qolları Emin Mahmudov (17-ci dəqiqə) və Kenni Sayef (82-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 10 oyundan 22 xalla turnir cədvəlində 3-cü yeri tutur.