“Kəpəz” – “Neftçi” matçına Tural Qurbanov təyin olundu

16 oktyabr 2022, 13:52

Premyer Liqada 10-cu turun təyinatları açıqlanıb. “Kəpəz” – “Neftçi” matçının baş hakimi Tural Qurbanov olacaq. Ona Eyyub İbrahimov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Hakim-inspektor Əmrah İbrahimov, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Cəmil Quliyev olacaq.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu oktyabrın 16-sı saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək.