“Neftçi-2” ardıcıl 5-ci qələbəsini böyük hesabla qazandı

12 oktyabr 2022, 18:33

“Neftçi-2” I Divizionda ardıcıl 5-ci qələbəsini qazanıb. Komandamız 7-ci turda “İmişli”yə böyük hesabla qalib gəlib – 7:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda Ağadadaş Salyanski və Bahadur Quliyev dubla imza atıblar. "Ağ-qaralar"ın digər qollarını Vüsal Əsgərov, Aşqin Abazərov və Elşad Tağıyev vurublar.

Qeyd edək ki, “Neftçi-2” 6 oyundan 15 xalla 2-ci yeri tutur.