“Turan Tovuz”la oyuna İnqilab Məmmədov təyin olundu
Premyer Liqada 9-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Turan Tovuz” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi Ramiz Mustafayev, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Rahil Ramazanov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu oktyabrın 8-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək.