“Neftçi”dən Gənclər Liqasında ardıcıl 6-cı qələbə

6 oktyabr 2022, 16:24

“Neftçi” Gənclər Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Komandamız 6-cı turda “Sabah”ı 4:2 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın üzvləri – Oruc Məmmədov və Bahadur Quliyev hərəyə 2 qol vurublar.

Qeyd edək ki, “Neftçi” 6 oyundan 18 xalla 1-ci yeri tutur.