“Turan Tovuz”la oyunun hazırlığına sabah yekun vurulacaq

6 oktyabr 2022, 12:17

“Neftçi” Premyer Liqanın 9-cu turunda qarşılaşacağı “Turan Tovuz”la oyunun hazırlığını davam etdirir. “Qarabağ”la matçdan sonra bir günlük istirahətə buraxılan “ağ-qaralar” oktyabrın 3-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq baş tutub. Məşqə isinmə hərəkətləri ilə başlayan komandamız daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər. Hazırlıq sabah son məşqlə başa çatacaq.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu oktyabrın 8-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək.