“Neftçi” veteran futbolçusunu təbrik etdi

3 oktyabr 2022, 15:57

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Adil Hüseynov 1973-1976-cı illər ərzində “Neftçi”nin heyətində 18 oyun keçirib, 1 qol vurub.