“Neftçi” “Qarabağ”a məğlub oldu

1 oktyabr 2022, 20:30

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 8-ci turda “Qarabağ”a məğlub olub – 1:3. “Azersun Arena”da baş tutan matçın 24-cü dəqiqəsində Eddi İsrafilov hesabı açsa da, fasilədən sonra meydan sahibləri qələbəni təmin edən qolları vurublar. Kadi Borqes (56-cı dəqiqə), Abdullah Zubir (68-ci dəqiqə) və Kvabena Ovusu (74-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 8 oyundan 18 xalla turnir cədvəlində 2-ci yeri tutur.