3 futbolçumuz Avropa çempionatının seçmə mərhələsində

26 sentyabr 2022, 14:32

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 4-dən 10-dək Xorvatiyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Seçmə mərhələyə hazırlıq məqsədilə sentyabrın 27-dən oktyabrın 1-dək Bakıda təlim-məşq toplanışı keçirəcək milliyə “Neftçi” PFK-nın 3 üzvü – Aytac Mirzəyeva, Məryəm İsayeva və İntizar Haqverdiyeva dəvət olunublar.