
Gənclər Liqasında ardıcıl dördüncü qələbə
22 sentyabr 2022, 16:25
“Neftçi” Gənclər Liqasında ardıcıl dördüncü qələbəsini qazanıb. “Ağ-qaralar” 4-cü turda İCBFA-nı 3:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın qollarını Vüqar Əlizadə, İbrahim Piriyev və Enar Agalarov vurublar.
Qeyd edək ki, “Neftçi” 4 oyundan 12 xal toplayıb.