“Neftçi”nin futbolçuları Türkiyə millisinə qarşı

20 sentyabr 2022, 12:00

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Sentyabrın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın üzvləri – Amin Muradov və Ömər Nəsibov dəvət olunublar. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.