“Neftçi”nin 4 üzvü U-19 milli komandasında

12 sentyabr 2022, 13:00

Sentyabrın 18-dən 28-dək Bolqarıstanın Albena şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Seçmə mərhələyə daha yaxşı hazırlaşmaq məqsədilə sentyabrın 14-dən 17-dək Bakıda hazırlıq keçəcək milliyə “Neftçi” PFK-nın 4 üzvü – Rüfət Abbasov, Rəvan Kazımov, Nurlan Musayev və Ağadadaş Salyanski dəvət olunublar.

Bakı toplanışından sonra Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yekun heyət müəyyənləşəcək.