Elşad Əhmədov – 52

11 sentyabr 2022, 10:00

Bu gün “Neftçi” Futbol Akademiyasının koordinatoru, “Neftçi”nin əsas, əvəzedici, U-19 və U-17 komandalarının sabiq baş məşqçisi Elşad Əhmədovun 52 yaşı tamam olur. “Neftçi” ailəsi adından Elşad müəllimi təbrik edir, ona can sağlığı, uzun ömür və uğurlar arzulayırıq!