“Neftçi” Qəbələdə əzmkar qələbə ilə liderliyə yüksəldi

10 sentyabr 2022, 21:07

“Neftçi” Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Komandamız 6-cı turda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Qəbələ şəhər stadionunda keçirilən oyunun 31-ci dəqiqəsində Məqsəd İsayevin qolu ilə hesabı meydan sahibləri açıb. “Ağ-qaralar”ın hər iki qolunu isə fasilədən sonra – 46-cı və 53-cü dəqiqələrdə Ataa Caber vurub.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 6 oyundan 15 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib.