“Qəbələ” – “Neftçi” matçına Rəvan Həmzəzadə təyin olundu

10 sentyabr 2022, 15:26

Misli Premyer Liqasında 6-cı turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Kamran Bayramov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi Əsgər Əmirəliyev, VAR hakimi Nicat İsmayıllı, VAR hakiminin köməkçisi Elşad Abdullayev olacaq.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu sentyabrın 10-u saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.