“Neftçi” 3 itki ilə hazırlaşır

6 sentyabr 2022, 20:10

“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. “Sumqayıt” üzərində qələbədən sonra bir günlük istirahətə buraxılan flaqman senytabrın 5-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq baş tutub. Məşqdə zədəlilər – Azər Salahlı, Sezar Meza Kolli və Vato Arveladzedən başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu sentyabrın 10-u saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.