“Neftçi”dən böyükhesablı qələbə

3 sentyabr 2022, 23:28


“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 5-ci turda “Sumqayıt”ı böyük hesabla məğlub edib – 3:0. "Bakcell Arena"da baş tutan matçda qolları Ataa Caber (19-cu dəqiqə), Emin Mahmudov (55-ci dəqiqə - pen.) və Rəhman Hacıyev (77-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Neftçi" 5 oyundan 12 xal toplayıb.