“Sumqayıt”la oyunu Kamal Umudlu idarə edəcək

3 sentyabr 2022, 16:25

Misli Premyer Liqasında 5-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Sumqayıt” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Erkin Hüseynov, VAR hakimi İnqilab Məmmədov, VAR hakiminin köməkçisi Rahil Ramazanov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu sentyabrın 3-ü saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.