“Neftçi” Skopinyo Kubokunda ilk oyununu keçirib

31 avqust 2022, 19:35

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib. Baş məşqçisi Rəşad Hüseynov olan “ağ-qaralar” “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub.

Qeyd edək ki, “Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodiciani” klubu ilə üz-üzə gələcək. İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol.Kantaliçe”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.