“Neftçi-2” ilk qələbəsini qazandı

30 avqust 2022, 19:42

“Neftçi-2” bu mövsüm I Divizionda ilk qələbəsini qazanıb. Komandamız 2-ci turda “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda qolları Vüsal Əsgərov və Bahadur Quliyev vurublar.

Qeyd edək ki, “Neftçi-2” 2 oyundan 3 xal toplayıb.