“Neftçi” "Zirə"yə qalib gəldi

26 avqust 2022, 23:22

“Neftçi” Misli Premyer Liqasında növbəti oyuna çıxıb. “Ağ-qaralar” 4-cü turda “Zirə” ilə qarşılaşıb. "Bakcell Arena"da baş tutan matçda komandamız qalib gəlib - 2:1. "Neftçi"nin qollarını Qodsvey Donyo (14-cü dəqiqə) və Azər Əliyev (78-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə penaltidən Hamidu Keyta (54-cü dəqiqə) fərqlənib.

Qeyd edək ki, "Neftçi" 4 oyundan 9 xal toplayıb.