“Zirə” ilə matçı Elçin Məsiyev idarə edəcək

26 avqust 2022, 14:45

Misli Premyer Liqasında 4-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Aslan Şahgəldiyev, VAR hakimi Kamal Umudlu, VAR hakiminin köməkçisi Namiq Hüseynov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu avqustun 26-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.