“Neftçi-2” mövsümə məğlubiyyətlə başladı

25 avqust 2022, 21:30

“Neftçi-2” bu mövsüm I Divizionda ilk oyununu keçirib. Komandamız 1-ci turda “Mingəçevir”in qonağı olub. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan matçda “ağ-qaralar” məğlub olub – 1:4.

“Neftçi-2”nin yeganə qoluna 68-ci dəqiqədə penaltidən Vüsal Əsgərov imza atıb.