“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır

24 avqust 2022, 20:38


“Neftçi” Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.  “Sabah”la matçın ertəsi günü bərpa məşqi edən “ağ-qaralar” avqustun 22-də hazırlığa başlayıb. Bu gün isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq olub.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu avqustun 26-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.