“Sabah” – “Neftçi” oyununa Fərid Hacıyev təyin olundu
Misli Premyer Liqasında 3-cü turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Bəhram Qurbanov, VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Pərvin Talıbov olacaq.
Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu avqustun 20-si saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.