“Sabah”la oyuna hazırlıq davam edir

18 avqust 2022, 21:12

“Neftçi” Misli Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.  “Kəpəz”lə oyunun ertəsi istirahət edən “ağ-qaralar” avqustun 16-da hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, “Sabah” – “Neftçi” görüşü avqustun 20-si saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.