“Kəpəz”lə matçın bütün təyinatları açıqlandı

14 avqust 2022, 12:45

Misli Premyer Liqasında 2-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Kəpəz” oyununun baş hakimi Nicat İsmayıllı olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Əsgər Əmirəliyev, VAR hakimi Rauf Allahverdiyev, VAR hakiminin köməkçisi Cavanşir Yusifov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu avqustun 14-ü saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.