Azər Salahlı əməliyyat olunacaq
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnərək əvəzlənən futbolçumuz Azər Salahlı sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. Həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır. Cərrahi əməliyyat yaxın günlərdə sağlamlıq sponsorumuzun xəstəxanalarının birində həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.