“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı

12 avqust 2022, 01:41

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız Avstriyada “Rapid” (Vyana) klubu ilə qarşılaşıb. “Alyans” stadionunda baş tutan görüşün 67-ci dəqiqəsində rəqib futbolçu Marko Qrül qol vuraraq ümumi hesabı bərabərləşdirib. Buna görə də qalibi müəyyənləşdirmək üçün iki hissədən ibarət əlavə vaxt oynanılıb. 112-ci dəqiqədə Ferdi Druyfun qolu ilə fərqlənən “Rapid” 2:0 hesabı ilə qələbə qazanıb.

Bununla da iki oyunun nəticəsinə görə məğlub olan “Neftçi” Konfrans Liqasında mübarizəni dayandırıb.