“Rapid”lə cavab matçının hazırlığı yekunlaşdı

11 avqust 2022, 00:45

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Rapid” (Vyana) klubu ilə cavab matçından əvvəl son məşqə çıxıb. “Alyans” stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, avqustun 11-i “Alyans” stadionunda keçiriləcək “Rapid” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.