“Rapid”lə cavab oyununa hazırlıq davam edir

9 avqust 2022, 20:06


“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşdığı “Rapid” (Vyana) klubu ilə cavab matçının hazırlığını davam etdirir. Avqustun 7-də Şamaxı şəhər stadionunda baş tutan Misli Premyer Liqasının 1-ci tur oyununun ertəsi günü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən komandamız bu gün də eyni məkanda hazırlıq keçib. Məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Rapid” – “Neftçi” görüşü avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək.