Premyer Liqada ilk oyunumuzu Kamal Umudlu idarə edəcək

7 avqust 2022, 00:17

Misli Premyer Liqasında 1-ci turun təyinatları açıqlanıb. “Şamaxı” – “Neftçi” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev icra edəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Eldəniz Musayev, VAR hakimi Tural Qurbanov, VAR hakiminin köməkçisi Vüsal Məmmədov olacaq.

Qeyd edək ki, “Şamaxı” – “Neftçi” oyunu avqustun 7-si saat 17:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.