“Rapid"lə ilk oyunda 2:1 hesablı qələbə

5 avqust 2022, 00:14

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə flaqman 2:1 hesabı ilə qalib gəlib. Komandamızın qollarına Ataa Caber (44-cü dəqiqə) və Kenni Sayef (60-cı dəqiqə) imza atıblar. Rəqibin heyətində isə 90+5-ci dəqiqədə Quyido Burqştaller fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək.