“Neftçi” – “Rapid” cütünün qalibi “Vaduts” – “Konyaspor” cütünün qalibi ilə qarşılaşacaq

2 avqust 2022, 16:27

Bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – “Rapid” cütünün qalibi pley-off mərhələsində “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında ilk oyun avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da, cavab matçı isə avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə avqustun 18-də və 25-də baş tutacaq.