“Rapid”lə oyundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq

2 avqust 2022, 15:35

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və futbolçu Azər Salahlının iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 3-ü saat 17:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 18:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:15-də “Rapid”in mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 3-ü saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrindən tibbi maskadan istifadə etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.