“Bilet satışı “Bakcell Arena”da başladı, “Iticket.az”da davam edir

1 avqust 2022, 15:20

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb. Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. Biletləri onlayn əldə etmək istəyənlər aşağıdakı keçidə daxil ola bilərlər:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-rapid

Qeyd edək ki, avqustun 4-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlanacaq.