
Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rolu olub. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
“Neftçi” PFK media nümayəndələrini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır! Milli Mətbuat və Jurnalistika Gününüz mübarək!
Tövsiyə olunur
-
Emin Əfəndi “Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə təyin olundu
Klub 28 sentyabr 2023, 09:00 -
27 sentyabr – Anım Günüdür
Klub 27 sentyabr 2023, 00:00 -
“Neftçi” PFK-nın yeni strukturu təsdiqlənib
Klub 26 sentyabr 2023, 12:00 -
Vitse-prezident Elnur Eyvazov “Neftçi”dən ayrıldı
Klub 25 sentyabr 2023, 12:42