“Neftçi” – “Aris” cütünün qalibi “Rapid” – “Lexiya” cütünün qalibi ilə qarşılaşacaq

18 iyul 2022, 16:25

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – “Aris” (Limassol) cütünün qalibi III təsnifat mərhələsində “Rapid” (Vyana) – “Lexiya” (Qdansk) cütünün qalibi ilə ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” və “Aris” arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək. III təsnifat mərhələsinin görüşləri isə avqustun 4 və 11-də baş tutacaq.