Muradbəyli ilə müqaviləyə xitam verilib

17 iyul 2022, 18:40

“Neftçi” PFK yarımmüdafiəçi Fəhmin Muradbəyli ilə müqaviləyə birtərəfli şəkildə xitam verib. Futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.