Səfər oyunu öncəsi mətbuat konfransı və açıq məşq

16 iyul 2022, 12:25

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da Kiprin Larnaka şəhərindəki “AEK Arena” stadionunda keçiriləcək “Aris” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 20-si Bakı vaxtı ilə saat 21:00-da “AEK Arena”nın mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 21:30-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:15-də “Aris”in baş məşqçisi Aleksey Şpilevski və qapıçısı Vana Alvesin iştirakı ilə mətbuat konfransı, 19:45-də isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.