KL oyunlarımız “CBC Sport”da

15 iyul 2022, 17:31

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal müəyyənləşib. “Aris” (Limassol) ilə hər iki matçı “CBC Sport” vasitəsilə canlı izləmək mümkün olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.